İvanişvilini Nobel Sülh Mükafatına layiq görülməsi təklif edildi
17 mart 2013 17:35 (UTC +04:00)

İvanişvilini Nobel Sülh Mükafatına layiq görülməsi təklif edildi

Gürcüstanın baş nazii Bidzina İvanişvili, Gürcüstan Müstəqil Jurnalistlər Birliyinin rəhbəri İrma İnaşvili və “Obyektiv” Televiziyasının direktoru David Tarxan-Mouravi, həbsxanalara monitorinq qrupunun üzvləri İosif Mancavidze, Georgi Lomia, David Akobia Nobel Sülh Mükafatına namizəd kimi təqdim olunublar.

 

Bu barədə APA-nın Gürcüstan bürosuna Nobel Sülh Mükafatı Komitəsinə təqdimat məktubunu imzalayanlardan biri, yazıçı Roman Fin məlumat verib.

 

Onun məlumatına görə, Nobel Sülh Mükafatı Komitəsinə göndərilən məktubda 2003-cü ilin noyabrın 23-də baş verən “Qızıl gül” inqilabından sonra Gürcüstanda baş verənlər, torpaq itkisi, qaçqınlar barədə geniş məlumat verilib: “Məktubda eyni zamanda 3-3,5 milyon nəfər əhalisi olan ölkədə 42 min məhbusun olduğu, minlərlə insanın saxta ittihamlarla həbs olunduğu, narkotik və silah saxlamağa görə təqsirli bilinənlərin sayının yüzlərlə olması barədə məlumatlar var”.

 

Daha sonra isə indiki Gürcüstan hökuməti ilə bağlı müsbət məqamlar qeyd olunub, siyasi məhbusların azad edildiyi, xalqalar arası dostluq yaratmadığı və s səbəb gətirilərək, baş nazir İvanişvilinin Nobel Salh Mükafatına layiq görülməsi təklif edilib.

 

Qeyd edək ki, Roman Fin bu yaxınlarda “Gürcüstan xilas olunub” adlı publisistik məqalələrdən ibarət kitab da yazıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1165
avatar

Oxşar yazılar