İtaliya kəşfiyyatının keçmiş şefinə 10 il iş kəsilib
13 fevral 2013 06:45 (UTC +04:00)

İtaliya kəşfiyyatının keçmiş şefinə 10 il iş kəsilib

İtaliya hərbi kəşfiyyatının keçmiş başçısı Nikolo Pollari şübhəli adam oğurluğu terrorunda iştiraka görə 10 il azadlıqdan məhrum edilib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, 10 il öncə ABŞ-ın terrorçuluqda şübhəli bilinənlərin təhvili proqramı çərçivəsində Milanda tutulan imam Misirə göndərilib. Məlumata əsasən, Misirdə ona işgəncəyə verib.

 

 

Bundan başqa Pollari ilə birlikdə əməliyyatda iştirak edən  köməkçisi və 3 agent də mühakimə olunub. Onlarla yanaşı bu cinayətdə iştirak etdiyi üçün ABŞ-ın 26 vətəndaşına da qiyabi olaraq, iş kəsilib.

 

Əvvəlcə onlar bəraət alıb, ancaq sonradan işi yenidən baxılmağa göndəriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 463
avatar

Oxşar yazılar