İsrail XİN-in nümayəndəsi Alon Lavi İstanbulda ötən gün törədilən partlayış nəticəsində ölənlər arasında ölkənin iki vətəndaşının olduğunu təsdiqləyib. APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, İsrailin baş naziri Binyamin Netanyahu partlayışın israillilərə qarşı yönəldildiyinin araşdırıldığını bildirib.
“Biz bunu müəyyənləşdirməyə çalışırıq, hazırda terror aktının məhz israillilərə qarşı törədildiyi barədə heç bir heç bir təsdiq yoxdur”, - deyə Netanyahu bildirib.
İran tərəfi partlayış nəticəsində bir iranlının öldüyünü təsdiqləyib.