İstanbul polisi terror aktları törətməyi planlaşdırmaqda şübhəli bilinən üç İŞİD üzvünü həbs edib. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, saxlanılan şəxslər İstanbulda terror aktları törətməyi planlaşdırıblar.
Məlumata görə, Türkiyə vətəndaşı Məhəmməd Nas, İraq vətəndaşı İbrahim Qanem Alşalevey və suriyalı Əli əl-Faraç Almaniyanın Türkiyədəki diplomatik nümayəndəliklərinə qarşı terror aktları törətməyə planlaşdırıblar.