İstanbulda ara qarışır
05 mart 2016 04:20 (UTC +04:00)

İstanbulda ara qarışır

0

 İstanbulda  polis “Zaman” müxalifət qəzetinin ofisində axtarış keçirir. Bundan əvvəl polis redaksiya qarşısında toplaşan etirazçılara qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib. APA-nın “Zaman”a istinadən verdiyi xəbərə görə, qarşıdurma zamanı qəzetin bir neçə əməkdaşı və müxalifətdən olan bir neçə deputat xəsarət alıb.  

 

Qeyd edək ki, ötən gün İstanbul məhkəməsi “Zaman” qəzetini  idarə edəcək himayəçiləri təyin edib. Jurnalistlər bu qərarın qəzetin bağlanması ilə nəticələnəcəyini hesab edirlər.  

 

Xatırladaq ki, fevralın 2-də “Koza-İpek” holdinqinə daxil olan “Kanaltürk” və  “Bugün TV” telekanalları,  “Bugün Gazetesi” və  “Millet Gazetesi” nəşrləri, habelə “Kanaltürk Radyo” radiostansiyası fəaliyyətini dayandırıb. Holdinqin himayəçiləri rəsmi bəyanatda qeyd olunan KİV-lərin bağlanılmasını onların rentabelli olmaması ilə əlaqələndiriblər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 492

Oxşar yazılar