İstanbulda növbəti dəfə anti-terror əməliyyatları həyata keçirilib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Təhlükəsizlik Xidmətinin Anti-terror Şöbəsi tərəfindən səhər saatlarında terror təşkilatı DHKP-C-yə qarşı əməliyyat keçirilib. Həyata keçirilən əməliyyat zamanı xeyli sayda insan həbs olunub.
Polis əməkdaşlarının da iştirak etdiyi anti-terror əməliyyatları bir neçə ünvanda həyata keçirilib və əməliyyatların birində hüquq-mühafizə orqanları terror təşkilatlarının üzvləri tərəfindən təzyiqlə üzləşiblər.