İstanbul Universitetinin su məhsulları fakültəsi binasının yaxınlığındakı zibil qabında partlayış baş verib.
Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, partlayış əl arabası ilə kağız toplayan 24 yaşlı Kazım Şahin adlı bir nəfər zibili qarışdırarkən olub.
O, xilasedcilər tərəfindən ilkin yardım aldıqdan sonra xəstəxanaya yerləşdirilib. Onun sağlığının normallaşdığı bildirilib.
Polis hadisə yerində araşdırma aparır.