İsrailin baş naziri Binyamin Netanyahu dünya ölkələrini ballistik raketlərin sınaqdan keçirdiyinə görə İrana qarşı “dərhal cərimə tədbirləri” tətbiq etməyə çağırıb. Bu barədə APA “Röyters”ə istinadən xəbər verir. Qeyd edək ki, İran 8-9 mart tarixlərində öz istehsalı olan ballistik raketlərini uğurla sınaqdan keçirib.
“İran raketləri buraxmaqla növbəti dəfə kobud pozuntuya yol verdikdən sonra dünya derjavaları ona qarşı dərhal cərimə tədbirləri tətbiq etməyə borcludurlar”, - deyə Netanyahu bildirib.
İran XİN nümayəndəsi bildirib ki, raket buraxılışı İranın üzərinə götürdüyü öhdəliklərə və “altılıq”la əldə olunmuş nüvə sazişinə zidd deyil.
Qeyd edək ki, ABŞ İranın raket buraxılışı ilə əlaqədar noyabrın 14-də BMT TŞ-nın təcili iclasını çağırıb.