İsrailin baş naziri Binyamin Netaniyahu koalision hökumətin qurulması ilə bağlı danışıqların uğurla başa çatdığı haqda məlumat vermək üçün prezident Şimon Peresin dəftərxanasına gedib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, prezidentə təqdim olunan koalisiyaya «Likud», «İsrael Beyteynu», «A-Tnua», «Eş Atid» və «Bayt Yequdi» partiyaları daxildir.
Bu siyasi qurumlar parlamentə 19-cu çağırışda 120 deputat mandatından 68-i qazanıb.
Martın 17-də Binyamin Netaniyahu «Likud» Partiyasından olan nazirlər və nazir müavinləri ilə görüş keçirəcək. Martın 18-də isə yeni hökumət parlamentdə аnd içəcək.