İspaniya Kataloniyaya referendumu qadağan edəcək
13 dekabr 2013 07:45 (UTC +04:00)

İspaniya Kataloniyaya referendumu qadağan edəcək

İspaniya hakimiyyəti Kataloniyanın müstəqillik əldə etməsi ilə bağlı referendum keçirmək istəyinin qarşısını alan qərar qəbul edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, İspaniyanın ədliyyə naziri Alberto Ruis-Qalyardon deyib: «Səsvermə olmayacaq».

 

Dekabrın 12-də Kataloniyanın prezidenti Artur Mas bildirib ki, bölgə hökuməti referendumun keçiriləcəyi tarixi və iki məsələ ilə bağlı razılıq əldə edib.

 

Ehtimal edilir ki, seçicilər bu suala cavab verməlidir: «Siz Kataloniyanın İspaniyanın tərkibində qalmasına, yoxsa müstəqil olmasına istəyirsiniz?»

 

Bu il sentyabrın ortalarında İspaniyanın baş naziri Mariano Raxoy Kataloniyaya müstəqillik haqqında növbəti görüş təklif etmiş, bu istək cavabsız qalmışdı.

 

Xatırladaq ki, Kataloniya hökuməti 2014-cü il noyabrın 9-da referendum keçirməyi planlaşdırıb. 

# 779
avatar

Oxşar yazılar