İŞİD liderinin müavini məhv edildi
10 yanvar 2016 04:02 (UTC +04:00)

İŞİD liderinin müavini məhv edildi

 İraq Hərbi-Hava Qüvvələrinin Anbar əyalətinə endirdiyi zərbə nəticəsində İŞİD terror qruplaşmasının liderinin müavini  məhv edilib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İranın Press-TV telekanalı məlumat yayıb.  

 

“İraq Hərbi-Hava Qüvvələrinin Anbar əyalətinin Barvani rayonuna endirdiyi zərbə nəticəsində İŞİD terror qruplaşmasının rəhbərliyində ikinci adam hesab edilən, başçı Əbu Bəkr Əl-Bağdadinin müavini Assi Əli Nasir Əl-Obeydi öldürülüb”,  deyə məlumatda bildirilir.   

 

“Kərkük əyalətinin Havica şəhərindən olan İraq ordusunun keçmiş polkovniki Assi Əli Nasir Əl-Obeydi fərariliyə görə həbs edilərək bir müddət “Əbu-Qreyb” həbsxanasında saxlanılıb. 2013-cü ildə həbsxanadan qaçan  Əl-Obeydi İŞİD-in komandirlərindən biri olaraq özünə Əbu Ömər əl Obeydi adı götürüb. O həmçinin İŞİD-in hərbi şurasına rəhbərlik edib”, deyə telekanal bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 294
avatar

Oxşar yazılar