ABŞ və koalisiya qüvvələrinə aid döyüş təyyarələrinin İraqın Enbar vilayətinə endirdiyi hava zərbələri nəticəsində 12 İŞİD üzvü öldürülüb. Lent.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, Enbarın məclis sədri Sabah Kerhut bildirib ki, öldürülən şəxslərdən 2-si İŞİD liderlərindəndir. Ölən liderlərdən biri İŞİD-in Enbar valisi Əbu Məhəmməd əs-Süveydavi, digəri isə Fərat çay hövzəsinin valisi Əbu Zəhra əl-Məhəmmədidir. Ölən və yaralananlar arasında İŞİD lideri Əl Bağdadi yoxdur.
Qeyd edək ki, İraq və Suriya ərazisində terrorçulara qarşı hava zərbələri davam etdirilir.