Hər şeydən göründüyü kimi, İŞİD terrorçu qruplaşması əhatə dairəsini İraq və Suriyadan kənara çıxarmaqla, ABŞ və digər ölkələrin hücumlarından qorunmaq və nüfuz dairəsini genişləndirmək niyyətindədir.
Virtualaz.org Qərb mətbuatına istinadən xəbər verir ki, hazırda ekspertlərin fikrincə, terrorçular Liviyada böyük dəstəyə malikdirlər. Bu baxımdan, yaxın zamanda onların qonşu Tunis ərazisinə müdaxilə edəcəkləri, demək olar ki, şübhə doğurmur.
Güman edildiyinə görə, martın 7-də yaraqlılar Tunisə daxil olublar və burada ölkənin təhlükəsizlik orqanlarına qarşı təxribatlar hazırlayırlar. Bundan əlavə, Liviyanın özündə də təhlükəsizlik xidmətlərinin qüvvələrinin zəifləməsi bu ölkəni terrorçuların hücumları qarşısında müdafiəsiz edir.
Təhlükəsizlik üzrə məsləhət xidmətləri təklif edən “Soufan Group” amerikan şirkəti dünən dərc etdirdiyi analitik məqalədə qeyd edir ki, ən inandırıcı ssenari İŞİD-in Tunisə müdaxilə edəcəyi ilə bağlıdır. Bu məqsədlə terrorçular Liviyadakı mövqelərindən istifadə edəcəklər. “Tunisə daxil olub, buyrada təxribatlar törədərək, İŞİD ölkə hökumətinin zəifləməsinə nail olmağa çalışacaq”, - məqalədə belə deyilir.