İŞİD Avropada növbəti terror aktları hazırlayır
25 mart 2016 07:20 (UTC +04:00)

İŞİD Avropada növbəti terror aktları hazırlayır

İŞİD terror qruplaşmasının üzvləri Avropada yeni terror aktları törətməyə hazırlaşırlar və planlaşdırılan terror aktları müxtəlif hazırlıq mərhələsindədir. APA-nın xəbərinə görə, bunu CNN telekanalı ABŞ-dakı mənbələrinə istinadən məlumat yayıb.

 

Kəşfiyyatın son bir neçə ayda əldə etdiyi məlumata əsasən, İŞİD silahlıları hücum etmək üçün Avropada bir neçə hədəf müəyyən ediblər.

 

Məlumata görə, terrorçular təxmini vaxtı və məkanı məlum olunan bir neçə hücumu həyata keçirə bilməyiblər, lakin, kəşfiyyatçıların sözlərinə görə, İŞİD üzvləri planlarının pozulduğu hallarda çeviklikləri ilə fərqlənirlər.   

    

“Onların Avropada hərəkət etməsi barədə faktlar var, onlar hələlik qərara gəlməyiblər və hazırda yeni hücuma hazırlaşırlar”, -  deyə mənbə bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 388
avatar

Oxşar yazılar