İŞİD-in 19 may hədəfi - <span style="color:red;">ATATÜRKÜN MƏZARI
16 may 2016 10:31 (UTC +04:00)

İŞİD-in 19 may hədəfi - ATATÜRKÜN MƏZARI

0

 

Türkiyə kəşfiyyat nümayəndələri İraq Şam İslam Dövləti (İŞİD) kimi tanınan terror təşkilatının növbəti hədəfinin hansı yerlər olduğunu aşkara çıxarıb.

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, İŞİD təşkilatının internet saytlarını və “Konstantiniyte” adlı jurnalını izləyən kəşfiyyatçılar İŞİD-in 19 mayda Mustafa Kamal Atatürkün məzarı olan Anıtkabir (Movzoley) və Ankara Cebecideki əsgərlik şöbəsinə hücum təşkil etmək istədiyini ortaya çıxarıb.

10 İŞİD terrorçusunun Qaziantepdən ölkəyə giriş etdiyini deyən Türkiyə Milli Təhlükəsizlik  xidməti terror təşkilatının başda Ankara olmaqla böyük şəhərlərdə 10 fərqli terror planladığını da bildirib.

Bununla əlaqədar Ankara başda olmaqla 81 kəndə xəbərdarlıq edilib.

Deyilənə görə, İŞİD 19 may tədbirlərində "fit verən qazan bombaları"ndan istifadə etmək istəyir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 518

Oxşar yazılar