İŞİD-çilər 300 fəhləni azad etdi
09 aprel 2016 01:09 (UTC +04:00)

İŞİD-çilər 300 fəhləni azad etdi

İŞİD silahlıları Dəməşq yaxınlığındakı Dumeyr şəhərində girov götürdükləri 300 suriyalı fəhləni sərbəst buraxıblar.

 

APA-nın məlumatına görə, bu barədə Livanın “Daily Star” qəzeti yazıb.

 

Məlumata əsasən, girovlar tayfa ağsaqqallarının vasitəçiliyi  sayəsində azad olunublar.  Terrorçuların əlində “Milli müdafiə qüvvələrində” iştirak etmiş 20 nəfər qalıb. 4 nəfər xristian druz (Suriya əhalisinin 3% druzlardır) İŞİD-çilər tərəfindən qətlə yetirilib.

 

Qeyd edək ki, aprelin 5-də terrorçular Dumeyr şəhəri yaxınlığındakı sement zavoduna hücum edərək orada işləyən fəhlələri girov götürmüşdülər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 225
avatar

Oxşar yazılar