İrəvanda etiraz aksiyası keçirilir.
APA-nın News. am-a istinadən verdiyi məlumata görə, Azadlıq meydanından başlayan aksiya Rusiyanın Ermənistandakı səfirliyi qarşısında başa çatacaq.
Etirazçıların Rusiya əleyhinə bəyanatla çıxış edəcəkləri gözlənilir. Bəyanatda Rusiyadan "de-yure" siyasi müttəfiqinin öz vəzifələrini icra etmək , gələcək qərarlarında Ermənistanın milli maraqlarına və təhlükəsizliyinə hörmət etmək və Azərbaycana silah satışını dərhal dayandırmaq tələb olunacaq.