İrəvan Kremli silah tədarükünü tezləşdirməyə çağırdı
08 aprel 2016 00:38 (UTC +04:00)

İrəvan Kremli silah tədarükünü tezləşdirməyə çağırdı

Ermənistanın baş naziri Ovik Abramyan rusiyalı həmkarı Dmitri Medvedevdən hərbi təyinatlı məhsulların  Ermənistana tədarükünə dair müqavilənin bağlanmasını tezləşdirilməsinə dair “Rosoboroneksport”a göstəriş verməyi xahiş edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Abramyan İrəvanda Medvedevlə keçirdiyi danışıqlar zamanı bildirib.  

 

“Biz hərbi təyinatlı məhsulların Ermənistana tədarükünün maliyyələşdirilməsi üçün ayrılan dövlət ixrac kreditinə görə Rusiya tərəfinə minnətdarıq. Lakin sazişin müddəalarının icrası prosesində müəyyən yubanmalar olduğundan, sizdən müqavilənin bağlanmasının tezləşdirilməsinə dair Rosoboroneksport”a göstəriş verməyinizi xahiş edirəm”, - deyə Abramyan bildirib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 308
avatar

Oxşar yazılar