İraqın paytaxtı Bağdadda bir neçə hökumət binasında partlayış baş verib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, 22 nəfər həlak olub.
İraq televiziyasının məlumatına əsasən, biri-biri əlaqələndirilmiş parlayışlar mədəniyyət, ədliyyə və xarici işlər nazirliklərinin binasında baş verib.
Xəbərdə bildirilib ki, Ədliyyə Nazirliyinin mühafizəçiləri tərəfindən bir neçə yaraqlı öldürülüb. Nazirliklərin bütün işçiləri binadan çıxarılıb.