Fevralın 12-də İraqın şimalında bir neçə terror aksiyası keçirilib. Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, qanlı olay nəticəsində azı 10 nəfər həlak olub. «Əs-Sumariya» telekanalı bildirib ki, ölkənin Səlahəddin əyalətinin şimalında 4 nəfər sərnişin olan avtomobil yoldakı minaya düşüb.
Mənbə xatırladıb ki,fevralın 12-də bir müddət öncə Babil əyalətinin Cəfər-əs-Səhər yaşayış məntəqəsində 6 hərbçi həlak olub. İraq hərbçilərinin avtomobili yaraqlılar tərəfindən quraşdırılmış minaya düşərək ölüb.
Rəsmi məlumatlara görə, yalnız yanvarda İraqda baş verən terror aksiyaları nəticəsində min nəfərdən çox insan öldürülüb.