İranlı generalın ölümünün təfərrüatları məlum olub
25 fevral 2013 17:16 (UTC +04:00)

İranlı generalın ölümünün təfərrüatları məlum olub

 

İsrailin yanvar ayında Suriyada vurduğu “Hizbullah” Hərəkatının avtomobil karvanında əsas hədəf iranlı general Hasan Şateri olub.

Lent.az-ın verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın “Sunday Times” qəzeti  İsrail kəşfiyyatına istinadən məlumat yayıb.

İsrail kəşfiyyatındakı mənbə bildirib ki, İran İslam İnqilabını Mühafizə Korpusuna bağlı Qüds Briqadasının yüksək vəzifəli şəxsi olan Hasan Şateri Tehran və “Hizbullah” arasındakı əlaqələri koordinasiya edib və buna görə də uzun müddətdir ki, Təl-Əvivin hədəfində olub. O, Dəməşqdə İsrail kəşfiyyatı tərəfindən izlənib. Livana doğru hərəkət edən “Hizbullah”ın avtomobil karvanına Hasan Şaterinin mindiyi müəyyən edildikdən sonra İsrail qırıcı təyyarələri havaya qalxıb. Qırıcı təyyarələr Dəməşq yaxınlığında avtomobil karvanını vurub. Ölənlər arasında Hasan Şateri də olub.

 

Qeyd edək ki, İsrailin Suriyanın hava sərhədlərini pozaraq “Hizbullah” karvanını vurması Türkiyə də daxil olmaqla, bir çox ölkələr tərəfindən təpgi ilə qarşılanmışdı. Həmin vaxt İsrail qırıcı təyyarələrinin Rusiya istehsalı olan “SA-17” raketlərini aparan “Hizbullah” karvanını vurduğu iddia olunmuş, başqa sözlə, İsrail raketlərin “Hizbullah”ın əlinə keçməməsi üçün belə addım atdığı bildirilmişdi. İran da həmin vaxt vurulan avtomobil karvanında Hasan Şaterinin olduğunu bildirmişdi.

Tehran 10 gün əvvəl Hasan Şaterinin Dəməşq yaxınlığında İsrailə bağlı muzdlu əsgərlər və casuslar tərəfindən sui-qəsd nəticəsində öldürüldüyünü açıqlamışdı. İranın ali dini lideri ayətullah Əli Xamneyinin təmsilçisi Əli Hirazi Hasan Şaterinin dəfn mərasimi zamanı generalın intiqamının İsraildən alınacağını bəyan edib... 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1539
avatar

Oxşar yazılar