İranın Livandakı yüksək vəzifəli təmsilçisini öldürüblər
14 fevral 2013 07:02 (UTC +04:00)

İranın Livandakı yüksək vəzifəli təmsilçisini öldürüblər

İranın Beyrutdakı səfirliyi bildirib ki, Livanın bərpası üzrə İran komitəsinin başçısı silahlı basqın nəticəsində həlak olub.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, səfirlik bildirib:«Səfirlik Livanın yenidən qurulması üzrə İran Komitəsinin sədri Hisam Xoşnəfis Dəməşqdən Beyruta gələrkən yolda terrorçuların basqını nəticəsində həlak olduğunu dərin hüznlə bəyan edir».

 

«əl-Cəzirə» telekanalının məlumatına əsasən, Xoşnəfis İran İslam İnqilabı Qvardiyasının Livandakı təmsilçisi olub.O, Dəməşq beynəlxalq hava limanını avtomobillə naməlum iranlı qadınla birlikdə tərk edib. Olay nəticəsində həmin qadın da həlak olub.

 

Bir müddət öncə «Assoşieyted press» İranın informasiya vasitələrinə istinadən qvardiyanın Livandakı qüvvələrinin komandanı Həsən Şəterinin həlak olması barədə məlumat yaymışdı.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 801
avatar

Oxşar yazılar