İranın heyəti Vyanadakı müzakirələri yarımçıq tərk edib
14 dekabr 2013 04:10 (UTC +04:00)

İranın heyəti Vyanadakı müzakirələri yarımçıq tərk edib

Vyanada Qərblə ekspert səviyyəsində nüvə danışıqları aparan İran heyəti dekabrın 12-si axşam saatlarında ABŞ-ın bu ölkəyə yeni sanksiyalarına etiraz olaraq müzakirələri yarımçıq qoyaraq Tehrana qayıdıb.

Lent.az-ın «İRNA»-ya istinadən məlumatına görə, Vyana danışıqlarında İranla Qərb ekspertləri son Cenevrə razılaşmasının texniki məsələlərini müzakirə etmək üçün dörd gündür bir araya gəlmişdi.

Tərəflər Cenevrə razılaşmasının həyata keçirilmə mexanizmini müzakirə edib. İranlı nümayəndə heyəti maliyyə, bank, neft və nüvə sahələri üzrə mütəxəssislərindən ibarət olub.

 

Nümayəndə heyətinə ölkənin Xarici İşlər Nazirliyinin yüksək vəzifəlisi Həmid Baədinijad başçılıq edib.

 

 İranın 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) ilə nüvə danışıqları aparan heyətinin üzvü Abbas Əraqçi jurnalistlərə açıqlamasında ABŞ Maliyyə Nazirliyinin İrana qarşı sanksiyalarına etiraz bildirib: “ABŞ hökumətinin bu təhrikçi hərəkəti Cenevrə razılaşmasının ruhuna zidd addımdır. Biz hazırda yaranmış yeni vəziyyət və şəraiti dəyərləndiririk”.

ABŞ-ın Maliyyə Nazirliyi dekabrın 11-də İranın “MahanAir” aviasiya şirkəti ilə əməkdaşlıq edən 19 şirkət və şəxsə sanksiya qoyub. ABŞ Maliyyə Nazirliyinin sanksiyasına məruz qoyulan şirkətlərdən biri də Ermənistanın “VertirAir” aviasiya şirkətidir.

ABŞ Maliyyə Nazirliyi dekabrın 12-də bəyanat yayaraq İranın maliyyə və neft sektoruna qoyulan sanksiyaları pozan, Tehranın nüvə proqramına yardım göstərən daha 14 şirkətə və 4 şəxsə sanksiya qoyub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 751
avatar

Oxşar yazılar