İrandan “Kurtlar Vadisi” ilə bağlı rəsmi şikayət
26 fevral 2013 17:03 (UTC +04:00)

İrandan “Kurtlar Vadisi” ilə bağlı rəsmi şikayət

İran “Kurtlar Vadisi-Pusu” teleserialı ilə bağlı Türkiyə Radio-Televiziya Üst Qurumuna (RTÜK) rəsmi şikayət məktubu göndərib.

 

Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, İran Dövlət Televiziyası Beynəlxalq Mərkəzinin sədri Seyid Məhəmməd Hüseyni tərəfindən göndərilən etiraz məktubunda “Kurtlar Vadisi-Pusu” teleserialının bölümlərinin birində iranlı diplomatlar haqqında səhnələrin gerçəklikdən uzaq və aşağılayıcı olduğu vurğulanıb.

 

Məktubda qeyd edilib ki, bu cür səhnələr Türkiyədə ictimai rəyə uzunmüddətli təsirlərə yol açacaq və bu da qarşılıqlı olaraq İran xalqının Türkiyəyə münasibətinin dəyişməsinə səbəb olacaq.

 

Qeyd edək ki, etirazına səbəb olan səhnə İranın İstanbuldakı konsulluğu ilə bağlıdır.  Həmin səhnədə teleserialın qəhrəmanı Polad Ələmdar Suriya və Rusiya diplomatları ilə toplantı keçirən və Türkiyə əleyhinə planlar quran İran konsulunu girov götürür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1708
avatar

Oxşar yazılar