İranın Neft Nazirliyinin maliyyə şöbəsinin baş direktoru nazirliyin hesabından 25 milyon dollar pulu mənimsəyərək ölkədən qaçmaq istəyərkən həbs olunub.
APA-nın Tehran bürosunun məlumatına görə, adı açıqlanmayan maliyyə şöbəsinin baş direktoru mənimsədiyi pulu valyuta dəyişmə məntəqələrindən birinin hesabına köçürüb və bu pulla biznes qurmaq istəyib. Onlar pulu ölkədən qanunsuz çıxarmaq istəyiblər.
Şöbənin baş direktoru bu gün səhər ölkədən çıxarkən saxlanılıb. Onun əlbir olduğu valyuta dəyişmə məntəqəsinin sədri də həbs olunub. Saxlanılan şəxslərin adları hələlik açıqlanmır.
Faktla bağlı cinayət işi başlanılıb və hər iki şəxs haqqında həbs qərarı çıxarılıb. Mənimsənilmiş pulun köçürüldüyü bank hesabı bağlanıb və pul nazirliyin balansına qaytarılıb.