"Shell" Niderland-Britaniya neft şirkəti İran Milli Neft Şirkətinə (NİOC) olan 1,94 mlrd dollarlıq borcunu avro ilə tam ödəyib.
Lent.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda "Shell"in sözçüsü açıqlama yayıb.
Məlumata görə, sanksiyalar tətbiq edildiyindən Niderland-Britaniya şirkəti İrana olan borcunun ödəyə bilmirdi.
İranla ticarətin dollarla edilməsi qadağası götürülmədiyindən ödəmə avro ilə həyata keçirilib. Borclu şirkətin sözçü isə faktı bu gün təsdiqləyib.