İranın “Xamraxian” investisiya şirkəti Dağıstandakı layihələrə 2 mlrd dollar yatırmaq niyyətindədir. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə respublika hökumətinin rəsmi saytında bildirilir.
Məlumata görə, bunu şirkətin rəhbəri Səidhəmid Xamraxian bildirib.
Belə bəyanatla o Dağıstan hökumətinin sədri Abdusəməd Həmidovla görüşü zamanı çıxış edib.