İran sərhədçiləri 6 əfqanı güllələyib
13 fevral 2013 07:18 (UTC +04:00)

İran sərhədçiləri 6 əfqanı güllələyib

İran sərhədçiləri 6 Əfqanıstan vətəndaşını güllələyib. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Əfqanıstanın Fərəh əyaləti qubernatorunun mətbuat katibi Əbdülrəhman Cavanday bildirib ki, onlar qanunsuz olaraq, Əfqanıstan-İran sərhədini keçmək istəyib.

 

Cuayn qəryəsinin icra başçısı Səməd Yarın dediklərinə əsasən, ötən bazar 80 əfqan qanunsuz olaraq, İrana keçmək istəyib, ancaq  İslam Respublikası sərhədçilərinin açdığı atəş nəticəsində onların 20-si geri qayıdıb, 60-ı isə hələ də itkin sayılır.

 

Yerli KİV-in bildirdiyinə görə, İranda qanunsuz yaşayan on minlərlə əfqanın qarışıq ailələrdən dünyaya gəlmiş uşaqları hələ də bu ölkədə sənədsiz yaşayır. Onlar vətəndaş nikahını kəbinlə kəsiblər.

 

Əfqanıstandakı rəsmi mənbələrin məlumatına əsasən, hazırda yalnız Tehranda  qarışıq ailələrin  32 min vətəndaşlığı olmayan övladı yaşayır. Bundan başqa İslam Respublikasında bir milyon qanunsuz, o sayda da leqal mühacirə əfqan var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 748
avatar

Oxşar yazılar