İran qismən zənginləşdirilmiş uranın bir hissəsindən Tehran nüvə təhqiqat reaktorunda istifadə etmək üçün nüvə yanacağı hazırlayıb.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Xarici İşlər Nazirliyi bəyanat yayıb.
İran Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Ramin Mehmanpərəst deyib ki, BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) bununla bağlı məlumatlandırılıb.