İran ermənilərə görə sərhəd qoşunlarını hazırlıq vəziyyətinə gətirdi
05 aprel 2016 23:05 (UTC +04:00)

İran ermənilərə görə sərhəd qoşunlarını hazırlıq vəziyyətinə gətirdi

0

Ermənistan silahlı bölmələrinin atdığı mərmilərin İran ərazisinə düşməsindən sonra bu ölkənin sərhəd qüvvələri hazırlıq vəziyyətinə gətirilib.

 

APA-nın Tehrandakı müxbirinin verdiyi xəbərə görə, İran Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayi bildirib ki, top mərmilərinin ölkə ərazisinə düşməsi ilə əlaqədar münaqişə tərəflərinə xəbərdarlıq edilib.

 

Q. Rzayi deyib ki, son günlər baş verənlərlə bağlı İran-Azərbaycan sərhədinə baxış keçirib.

 

 “İranın Ermənistan və Azərbaycanla sərhədləri tam təhlükəsizdir. Ümid edirik ki, tərəflər arasında sülh razılığı əldə olunacaq və problemlər həllini tapacaq”, - deyə Q.Rzayi baxışdan sonra  jurnalistlərə bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 480

Oxşar yazılar