İran-İraq qaz kəməri inşaatçılarına basqın: 18 işçi öldürülüb
14 dekabr 2013 01:27 (UTC +04:00)

İran-İraq qaz kəməri inşaatçılarına basqın: 18 işçi öldürülüb

Dekabrın 13-də İraqda yaraqlılar qaz kəməri inşaatçılarına silahlı basqın edib. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda «Frans pres» agentliyi məlumat yayıb. Mənbə bildirib ki, basqın zamanı 18 fəhlə öldürülüb, onların çoxu İran vətəndaşıdır.

 

Olay Bağdadın şimal-şərqində baş verib. Yerli polis qətlə yetirilənlərin 15-nin İran, 3-nün isə İraq vətəndaşı olduğunu təsdiqləyib.

 

Mənbə xatırladıb ki, bu ilin iyununda Tehranla Bağdad arasında İrandan İraqa təbii qazın ötürülməsinə dair razılıq əldə edilib. Anlaşmaya əsasən, ixracatın 2014-cü ilin iyunundan başlaması nəzərdə tutulub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 634
avatar

Oxşar yazılar