İordaniya hərbçiləri Suriyadan ölkə ərazisinə keçməyə cəhd edən 12 naməlum şəxsi qətlə yetiriblər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 36 nəfərdən ibarət qrup Suriya-İordaniya dövlət sərhədini keçməyə cəhd edib. Onlardan bəzilərinin silahlı olduğu bildirilir.
İnsident nəticəsində böyük həcmdə narkotik vasitə ələ keçirilib.
Atışma zamanı daha bir neçə şəxs yaralanıb, qrupun bir hissəsi Suriya ərazisinə geri çəkilib.