İntim video Gürcüstanda siyasi qalmaqal yaratdı
11 mart 2016 23:10 (UTC +04:00)

İntim video Gürcüstanda siyasi qalmaqal yaratdı

Gürcüstanın baş prokurorluğu YouTube –da respublikanın XİN-nin sabiq başçısı Maya Pancikidzeyə oxşayan qadının çəkildiyi videogörüntü yayımlanandan sonra cinayət işi qaldırıb.

 

Lent.az-ın oxu.az-a istinadən məlumatına görə, cümə günü, martın 11-də internetdə yerləşdirilmiş videoyazıda kişi və Maya Pancikidzeyə oxşayan qadının intim görüntüləri qeydə alınıb.

 

«Eхо Каvкаzа» dəqiqləşdirir ki, videogörüntü «YouTube» administrasiyası tərəfindən artıq bağlanıb.

 

Gürcüstan prokurorluğu artıq «şəxsi həyata aid informasiyanın qeyri-qanuni yayılması» faktı ilə bağlı təhqiqata başlayıb.

 

Pancikidze 2014-cü ilin noyabrında Xarici işlər naziri vəzifəsindən istefaya gedib. Gürcüstanın XİN-nə o, 2012-ci ilin oktyabrından başçılıq edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 210
avatar

Oxşar yazılar