Roma Papası Fransisk İnstaqramda özünə hesab açıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Papa sosial şəbəkədə ilk fotosunu da paylaşıb. O, dua edərkən çəkilmiş şəklini hesabında yerləşdirərək “Mənim üçün dua edin” sözlərini yazıb. Papanın niki “@Franciscus”dur.
Səhifə aktivləşdikdən yarım saat sonra 220 mindən çox istifadəçi Papa Fransiski izləməyə başlayıb.
Papanın sosial şəbəkəyə qoşulmasını İnstaqramın banisi Kevin Sistro da alqışlayıb. O, Fransisklə görüş zamanı çəkilmiş fotolarını paylaşaraq “Papanın İnstaqramda ilk fotosunu yerləşdirməsi inanılmaz andır. Bizim cəmiyyətə xoş gəldiniz! Sizin müraciətləriniz, rəhminiz və mərhəmətiniz silinməz izlər qoyacaq” sözlərini yazıb.