İndoneziya edamın icrasını bərpa edib
16 mart 2013 04:26 (UTC +04:00)

İndoneziya edamın icrasını bərpa edib

4 ildən artıq idi ki,  İndoneyziyada edam hökmləri icra olunmurdu.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, martın 14-də ilk dəfə olaraq, ölüm hökmü icra olunub.

 

Narkotik maddələrin ticarət ilə məşğul olmaqda ittiham edilən, Malavidən olan 48 yaşlı Adami Uilson barəsində çıxarılan hökm  güllələnmə yolu ilə icra edilib.

 

Beynəlxalq Əfv Təşkilatı Uilsonun edamını «geriyə addım» kimi dəyərləndirib.

 

Qurum etiraf edib ki, İndoneziya hakimiyyətinin cari ildə azından 10 nəfəri edam edəcəyi xəbərindən rahatsızdır.

 

Sonuncu dəfə ölkədə ölüm hökmü 2008-ci ildə icra edilib. Onda 3 kişi 2002-ci ildə Balidə törətdikləri partlayışa görə mühakimə olunmuşdu.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 590
avatar

Oxşar yazılar