Homsda partlayış: bir nəfər həlak olub
28 fevral 2013 23:02 (UTC +04:00)

Homsda partlayış: bir nəfər həlak olub

Suriyanın Homs şəhərində avtomobildə baş vermiş partlayış nəticəsində bir nəfər həlak olub, onlarla sakin yaralanıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda rəsmi Dəməşqə bağlı mənbələr xəbər yayıb.

 

Müxalifət təmsilçiləri bildirib ki, üsyançılar Hələbdəki Ümeyyədilər qədim məscidi nəzarət altına alıblar. Şəhərdə və onun ətrafında müxalifətlə Əsədə bağlı ordu arasında döyüş davam edir.

 

Müxalifətin məlumatına əsasən, ötən gün Suriyada baş vermiş toqquşma nəticəsində yüzdən çox insan həlak olub.

 

BMT 2 ilə yaxındır ki, davam edən Suriya münaqişəsində azı 70 min adamın həlak olduğunu bildirir.

Fevralın 28-də  Romada “Suriyanın dostları” qrupunun görüşü keçirilib.
 

ABŞ Suriya müxalifətinə təcili yardım ayıracağını vəd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450
avatar

Oxşar yazılar