Avstraliyanın Bondi çimərliyində ailəliklə istirahət edən aktyor Hyu Cekman üç nəfəri xilas edib.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, gözlənilmədən okeanda böyük dalğalar yaranmağa başlayıb və insanlar dalğalardan xilas olmağa çalışıblar.
Bu zaman Cekman insanlara kömək lazım olduğunu görüb və xilasediciləri gözləmədən bir kişiyə və bir qıza kömək edərək onları sahilə çıxarıb. Sonra isə oğlu Oskarı okeandan sahilə çıxarıb.