İranın yeni seçilmiş prezidenti Həsən Ruhaninin avqustun 4-də ölkə parlamentində keçirilməsi planlaşdırılan andiçmə mərasimində 7 dövlət başçısı iştirak edəcək.
APA-nın «Fars» xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın Mötədil və İnkişaf Partiyasının üzvü Məhəmməd Əli Nəcəfi bildirib. Onun sözlərinə görə, inauqurasiya mərasimində həmçinin bir neçə ölkənin baş nazirinin iştirak edəcəyi dəqiqləşib.
Qeyd edək ki, Azərbaycanı İran prezidentinin andiçmə mərasimində Milli Məclisin sədri Oqtay Əsədov təmsil edəcək.