Hələbdə son döyüş başladı
14 fevral 2013 10:44 (UTC +04:00)

Hələbdə son döyüş başladı

Suriyada qanlı döyüşlər davam edir.

 

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, prezident Bəşər Əsədə sadiq ordu bölmələrinin Dəməşq, Hums və Hamada keçirdiyi uğurlu əməliyyatlara cavab olaraq müxalif Azad Suriya Ordusu Rakka, əl-Xasika və Deyr-ez-Zor əyalətlərində hücuma keçib.

 

Tabka şəhəri, bir neçə neft emalı zavodu və aqrar rayonlar müxaliflərin nəzarətinə keçib. Azad Suriya Ordusu ötən gün ələ keçirdiyi “Evfrat” Su Elektrik Stansiyasına da nəzarəti davam etdirir. Hazırda ən qanlı döyüşlər Suriyanın şimal paytaxtı sayılan Hələbin şərqində gedir. Azad Suriya Ordusunun tərkibində döyüşən “Əhrar aş-Şarm” qruplaşması bu həftənin əvvəlində Rakka vadisinə gedən Əl-Cərrah şosesində kiçik aeroportu ələ keçirib. Suriya ordusunun 40 əsgəri əsir götürülüb, bir neçə döyüş təyyarəsi, zenit-raket kompleksi ələ keçirilib. Suriya Azadlıq Ordusunun hazırda əsas hədəfi Neyrabdakı böyük hərbi aeroportdur. Bu hərbi aeroport Hələb Beynəlxalq Aeroportunun yaxınlığında yerləşir.  Hazırda hərbi aeroport müxaliflər tərəfindən atəşə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1441
avatar

Oxşar yazılar