Həbsdən çıxan deputat 2 il sonra parlamentdə and içdi
10 dekabr 2013 16:39 (UTC +04:00)

Həbsdən çıxan deputat 2 il sonra parlamentdə and içdi

4 il 9 aylıq həbs müddətinin ardınca dünən çıxarılan məhkəməyə hökmü ilə azadlığa buraxılan Türkiyənin Cümhuriyyət xalq Partiyasının (CHP) deputatı, jurnalist Mustafa Balbay bu gün Türkiyə Böyük Millət Məclisinə gələrək and içib.

 

Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, M.Balbay az öncə and içərək, rəsmi şəkildə deputat vəzifəsinin icrasına başlayıb.

 

Xatırladaq ki, M.Balbay 2009-cu ildə “Ergenekon” adı altında başladılmış cinayət işi çərçivəsində terrora cəhd və hökuməti zorla dəyişmək maddələri ilə təqsirli bilinərək, 34 il 5 ay həbsə məhkum edilmişdi. Lakin Türkiyənin Ali Məhkəməsi onun istintaq dövrü və məhkəmə prosesində qanunsuz olaraq uzun müddət həbsdə saxlanıldığını əsas gətirərək, azadlığa buraxılması ilə bağlı qərar çıxarıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 793
avatar

Oxşar yazılar