Ermənistanda güllələnən prezidentliyə namizəd Paruyr Ayrikyanın həyatına təhlükə yoxdur. Onun yaxınları bildiriblər ki, yanvarın 31-i gecə İrəvanda naməlum şəxs tərəfindən çiynindən vurulan prezidentliyə namizəd hazırda xəstəxanadadır. Polis araşdırma aparır.
Lent.az-ın "Azadliq" radiosuna istinadən məlumatına görə,Paruyr Ayriknyan isə cərrahiyə əməliyyatından ayılandan jurnalistlərə bildirib ki, ona hücumda xarici xüsusi xidmət orqanının əli olduğunu güman etdiyini bildirib: «Səmimi desəm, bu hücumun məni illərlə təqib edən bir ölkənin xüsusi xidmət orqanlarının işi olduğunu güman edirəm. Söhbət indiki Rusiyadan yox, ondan əvvəlki sistemdən gedir. Məncə, bu onlara xas iş üsuludur. Çünki açıq-aşkar hər yerdə bildirirəm ki, Ermənistanın gələcəyi Avropadadır.
Biz imperialist Rusiya ilə müttəfiqlikdən xeyirdən çox ziyan çəkirik. Təbii ki, real demokratik Rusiya bizim müttəfiqimiz ola bilər. Bu fikirlərimi son vaxtlar tez-tez səsləndirməyim deyəsən bəzi dairələri fəallaşdırıb. Onlar görürdülər ki, tərəfdarlarımın sayı artır.Özümün heç bir şəxsi düşmənim yoxdur»
Xatırladaq ki,olay baş verəndən sonra bir neçə siyasi lider, o cümlədən indiki prezident və prezidentliyə namizəd Serzh Sarkqsyan,baş nazir Tigran Sarkisyan və parlamentin spikeri Hovik Abrahamyan xəstəxanada Hayrikyan-a baş çəkiblər.
Spiker Abrahamyan bildirib ki, prezidentliyə namizədə hücum prezident seçkisini pozmaq cəhdi ola bilər. Çünki Hayrikyan kampaniyasını davam etdirə bilməzsə, o zaman qanuna görə seçki 15 gün təxirə salınmalıdır.
63 yaşlı Hairikian sovet hakimiyyəti illərində gizli siyasi təşkilata üzv olmaq və qanunsuz gizli qəzet yaymaq ittihamı ilə 11 il həbsxanada yatıb, 3 il də SSRİ daxilində sürgünə məruz qalıb.
Müqəddəratını Təyinetmə Partiyasının sədri olan Paruyr Ayirikyan fevralın 18-ə nəzərdə tutulan prezident seçkisində 3 əsas müxalifət namizədindən biri hesab edilir.