Ukraynanın Təhlükəsizlik Xidməti (ТХ) Gürcüstanın «Tabula» telekanalının jurnalistlərindən təcili olaraq, ölkə ərazisini tərk etmələrini istəyib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu haqda teleşirkətin başçısı Tamara Çerqoleişvli bildirib.
Onun sözlərinə əsasən, bununla bağlı məhkəmənin rəsmi qərarı və ya başqa sənədə təqdim olunmayıb.
Çerqoleişvili deyib ki, telekanalın əməkdaşı Dmitri Avalianiyə Təhlükəsizlik Xidmətinin əməkdaşları öz vəsiqələrinə təqdim edərək, ölkəni tərk etməsini istəyiblər.
Gürcüstanın Ukraynadakı konsulu Konstantin Sabiaşvilinin sözlərinə görə, Ukrayna hakimiyyəti faktı təsdiqləyib. Bununla yanaşı onlar bildirib ki, təhlükəsizlik baxımından jurnalistdən ölkəni tərk etməsi tələb olunub.
Bütün olanlara baxmayaraq, Çerqoleişvili bildirib ki, telekanalın əməkdaşları dekabrın 12-dək, əvvəlcədən nəzərdə tutulmuş plana uyğun olaraq, Ukraynada qalacaq.
Ukraynanın Təhlükəsizlik Xidməti isə «baş verənlərdən xəbərsiz olduqlarını» bəyan edib.