Gürcüstanın sabiq baş naziri Vano Merabişvili yenidən istintaqa çağırılıb. APA-nın “interpressnews.ge” saytına istinadən yaydığı xəbərə görə, V. Merabişvili və keçmiş səhiyyə naziri Zurab Çiaberaşvili Qərbi Gürcüstan Dairə Prokurorluğuna ifadə verməyə dəvət ediliblər. Onlar Sosial Xidmət Agentliyində 21 mindən çox vətəndaşın saxta yolla işə düzəldilməsi ilə bağlı cinayət işi üzrə ifadə verəcəklər. Bu məsələ hökumətin qərarı əsasında səhiyyə nazirinin qərarı ilə həyata keçirilib.