ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Nyu-York Cets” futbol klubunun sahibi Vudi Consonu ABŞ-ın Böyük Britaniyadakı səfiri postuna təyin etməyi qərara alıb. APA-nın xəbərinə görə, bu barədə CNBC telekanalına hakimiyyətdəki mənbə bildirib.
Tramp bundan əvvəl Consonun “Sent-Ceymsə (Londonun rayonu-red.) yollanacağını” bildirib.
ABŞ mətbuatı 69 yaşlı Consonun Trampın prezident kampaniyasının əsas sponsorlarından biri olduğunu qeyd edir.