Fransada həmcinslilərin «ailəsi» qanuniləşdi
13 fevral 2013 04:47 (UTC +04:00)

Fransada həmcinslilərin «ailəsi» qanuniləşdi

Fransa Milli Məclisi 10 günlük qızğın müzakirələrdən sonra həmcinslilərin nikahı barədə qanun layihəsini təsdiqləyib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, həmin qanun belə «cütlüklər»in övladlığa uşaq götürməsinə icazə verəcək.

 

577 deputatdan 329 qanunun lehinə, 229-u isə əleyhinə səs verib. Bundan sonra həmin sənəd Senatın təsdiqinə göndəriləcək. Bu qurumun toplantısı isə apreldə başlayacaq.

Bu məsələyə qarşı  son günlər Paris küçələrində etiraz yürüşləri keçirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 787
avatar

Oxşar yazılar