Fransada mənzil soyğunçuluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə tutulub.
Lent.az-ın «Qruziya onlayn»-a istinadən məlumatına görə, saxlanılan cinayətkar 19 nəfərlik cinayətkar qrupun bütün üzvlərinin gürcü olduğu bildirilib.
Yerli polisin məlumatına əsasən, onlar çirkli pulların yuyulmasında da ittiham edilirlər. Fransanın asayiş keşikçiləri onların yaşadığı mənzildən oğruluq sayılan bahalı daş-qaş, zinət əşyaları, baha saatlar müsadirə edib.
Saxlanılanlar arasında qadınlar da var.
Mənbə xatırladıb ki, soyğunçuluq faktı ilə bağlı istintaq 2011-ci ildən aparılır.