Fransada 88 yaşlı milyader, senator tutulub
20 fevral 2014 07:39 (UTC +04:00)

Fransada 88 yaşlı milyader, senator tutulub

Fransanın hüquq mühafizə orqanları fransız milyaderi, senator Serj Dassonu həbs edib.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, o, Korbey-Eson şəhərində vali seçkisində seçicilərin səsini satın almaqda şübhəli bilinir.

 

88 yaşlı milyader bələdiyyə vəsaitlərini israf etməkdə, vergidən yayınmaqda və korrupsiya fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur. O, 1995-2009-cu illərdə Korbey-Eson şəhərinə valilik edib və dövrdə  bu əməlləri törədib.

 

Fransa senatı məhkəmə toxunulmazlığının ləğv etdikdən sonra Dasso həbs edilib.

 

Serj Dasso Fransanın ən varlı adamlarındandır. O, ölkənin ən iri nəşriyyənin, eləcə də «Le Fiqaro» qəzetinin sahibidir.

 

S.Dasso Fransanın «Dassault Aviation» aviakosmik şirkətinin sərmayəçilərindəndir. Bu qurum çeşidli tip təyyarələrin, o cümlədə «Rafal» qırıcısının istehsalı ilə məşğul olur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 821
avatar

Oxşar yazılar