“Ermənistan hökumətinin Xocalı aeroportunu açmaq cəhdi təxribatdır”.
APA-nın məlumatına görə, bu açıqlamanı “Cihan” agentliyinə fransalı senator Natali Qule verib. O bildirib ki, Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistanın bu hərəkəti sülh prosesinə zərbə vuracaq. Xocalıdakı hadisələri soyqırımı adlandıran senator özünü Azərbaycanın fəxri vətəndaşı hesab etdiyini və hər platformada əlindən gələn qədər Azərbaycanı müdafiə edəcəyini və tanıdacağını qeyd edib.