Fransa hökumətindən Trampa ETİRAZ
06 may 2018 12:05 (UTC +04:00)

Fransa hökumətindən Trampa ETİRAZ

Fransa hökuməti ABŞ prezidenti Donald Trampın 2015-ci ilin noyabrında Parisdə törədilən silsilə terror aktları ilə bağlı bəyanatına etirazını bildirib.

 

APA-nın "Alman dalğası" radiosuna istinadən verdiyi məlumata görə, Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi D. Trampdan terror aktı qurbanlarının xatirəsinə hörmətlə yanaşmağı tələb edib.

 

Fransa xarici işlər naziri Jan-İv Le Drian deyib ki, cəmiyyətdə silahların sərbəst yayılması terror aktlarına qarşı mübarizədə bir addım deyil, əksinə, bu, belə terror hücumlarını asanlaşdıra bilər.

 

 

Qeyd edək ki, 13 noyabr 2015-ci ildə İŞİD terror təşkilatının üzvləri Parisdə "Stad de Frans" stadionu yaxınlığında bir neçə partlayış törədib, "Bataclan" konsert zalında insanları girov götürüb, kofe və restoranları atəşə tutublar. Nəticədə 130 nəfər ölüb, 350-dən çox insan yaralanıb. Dünən silah lobbisi qarşısında çıxış edən ABŞ prezidenti D. Tramp isə bildirib ki, əgər Parisdə cavab atəşi açılsaydı, terror qurbanlarının sayı belə yüksək olmazdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 407
avatar

APA Baycan

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35