Bir aya yaxın davam edən susqunluqdan sonra Avropada Misirin ilk seçilmiş prezidenti olan Məhəmməd Mursinin ordu tərəfindən devrilərək nəzarətdə saxlanılmasına etirazlar yüksəlməyə başlayıb.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Fransa xarici işlər naziri Laurent Fabius Məhəmməd Mursinin sərbəst buraxılmasının vacib olduğunu bəyan edib.
Laurent Fabius deyib ki, Misirdə vəziyyət çox gərgindir və Məhəmməd Mursinin sərbəst buraxılması vacibdir. O, Məhəmməd Mursi ilə bərabər, digər siyasi məhbusların da sərbəst buraxılmasını istəyib.
Bu arada Məhəmməd Mursi ilə görüşən Avropa Birliyinin ali komissarı Ketrin Eşton Qahirədə mətbuat konfransı keçirib. Məhəmməd Mursi ilə görüşünün 2 saat davam etdiyini bildirən Ketrin Eşton Misirin devrilmiş prezidentinin sağlıq durumunun yaxşı olduğunu, ona qəzet oxumağa, telekanalları izləməyə şərait yaradıldığını söyləyib.